Federika Moqerinidən Ağ evə təpki: "Ukrayna siyasətimizi Vaşinqton müəyyənləşdirmir"
"Avropa Birliyinin Ukrayna siyasəti Vaşinqtonda müəyyənləşdirilmir." Bu barədə "Doyçe Velle" radiosuna açıqlamasında Avropa Komissiyasının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə komissarı Federika Moqerini söyləyib. Onun sözlərinə görə, nə Ukrayna, nə də Krım məsələsində Avropa bir addım belə geri çəkilmək niyyətində deyil:
"Biz ABŞ-ın yeni administrasiyasının prioritetlərinin Avropanın baza prinsiplərindən uzaq qalacağından narahatıq. Ümid edirik ki, Tramp bizimlə eyni dəyərləri bölüşəcək. Onlara bir az vaxt vermək lazımdır ki, özlərinin xarici siyasət kursunu müəyyənləşdirsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB