ABŞ-da neft-qaz quyularının sayı azalıb

ABŞ-da neft-qaz quyularının sayı azalıb

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində bir ədəd azalaraq 568-ə enib. SİA-nın məlumatına görə, "Baker Hughes" şirkətinə istinadla xəbər verir ki, ABŞ-da aktiv neft quyularının sayı 2 ədəd artaraq 452, qaz quyularının sayı 2 ədəd azalaraq 115, qarışıq fəaliyyət göstərən quyuların sayı isə azalaraq 1 ədəd olub.

Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 122 ədəd, qaz quyularının sayı 78, ümumilikdə isə neft-qaz quyularının sayı 199 ədəd azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə