Niderlandın Amsterdam şəhərində silahlı insident baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə şəhərdəki kafelərdən birində qeydə alınıb. Atışma nəticəsində azı 3 nəfər xəsarət alıb. Hadisənin şahidləri 5-6 atəş səsi eşitdiklərini bildiriblər. İnsidentlə əlaqədar bir nəfər polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB