İŞİD liderlərindən biri Mosulda öldürüldü

İŞİD liderlərindən biri Mosulda öldürüldü

İraqın Mosul şəhəri uğrunda gedən döyüşlərdə İŞİD liderlərindən biri məhv edilib. Bu barədə CNN məlumat yayıb. Məlumatda deyilir ki, Şeyx Fariz ləqəbli Mahmud Şükrü ən-Nuaymi noyabrın 8-də Mosulun qərb bölgəsində hava zərbəsi nəticəsində öldürülüb. Məlumata əsasən, Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatında bu günədək 1 200 silahlı məhv edilib. Qeyd edək ki, sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD terror qruplaşmasının nəzarəti altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə