ABŞ-ın yeni prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sazişə dəyişikliklər edilməsi və yenidən baxılması üçün tələb irəli sürəcək.
Bu barədə D.Trampın xarici siyasət üzrə müşaviri Valid Fares açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, yeni prezident sənədi müzakirə üçün Konqresə göndərəcək və İran tərəfindən sazişin bəzi bəndlərində dəyişikliklər edilməsini tələb edəcək.
Qeyd edək ki, D.Tramp seçki kampaniyası çərçivəsində dəfələrlə İranla bağlanmış nüvə sazişini tənqid edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB