Almaniyanın baş diplomatı Türkiyə qarşısında şərt qoydu

Almaniyanın baş diplomatı Türkiyə qarşısında şərt qoydu

Gələn həftə Ankaraya səfər etməyi planlaşdırıram. Axar.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər naziri Frank Valter Ştaynmayer Bundestaqda çıxışı zamanı deyib. O bildirib ki, hərbi çevriliş cəhdindən sonra Türkiyə bir yol ayrımına daxil olub:

"Türkiyə ya Avropanın yolu ilə irəliləyəcək, ya da bu yoldan uzaqlaşacaq. Biz Türkiyənin Avropa ilə bağlı olmasını, müsbət əlaqələrimizin mövcudluğunu istəyirik. Lakin durum dəyişib və siyasətimizi yenidən müəyyənləşdirməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə