10 şübhəli şəxs saxlanılıb

Türkiyənin Sivas vilayətində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 10 şübhəli şəxs saxlanılıb.

SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı xüsusi təyinatlıların iştirakı ilə 10 ünvanda axtarış aparılıb, nəticədə İŞİD-ə aid sənədlər, elektron məlumatlar, kitab və jurnallar ələ keçirilib.

Şübhəlilərin noyabrın 10-da terror aktı törətməyi planlaşdırdıqları məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə