ABŞ-da keçirilən prezident seçkilərindən sonra məğlub tərəfin tərəfdarları seçkilərin nəticələrindən narazı qaldıqlarını aksiyalarla bildiriblər. SİA-nın xarici agentliklərə istinadən verdiyi məlumata görə, Vaşinqtonda Amerika Universitetinin tələbələri Donald Trampın qələbəsinə etiraz əlaməti olaraq ABŞ bayrağını yandırıblar. "Washington Post" qəzeti xəbər verir ki, 200-dək tələbə Universitet şəhərciyində toplaşaraq müsəlmanlara qarşı dözümsüzlüyə son qoymaq və qara dərili vətəndaşların hüquqlarına hörmətlə yanaşmağı tələb ediblər.
Oxşar aksiyalar ABŞ-ın bir neçə ştatında keçirilib. Kaliforniya, Konnektikut, Massaçusets, Şimali Karolina ştatlarında tələbələr seçkilərin nəticələri ilə bağlı narazılıqlarını ifadə etmək üçün küçələrə axışıb. Hətta ABŞ-ın Sietl şəhərində etiraz aksiyası zamanı atışma baş verib. 4 nəfər xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB