Dünən Türkiyənin Van vilayətinin Başkale rayonunda silahlılar içərisində təhlükəsizlik əməkdaşları olan mikroavtobusu atəşə tutublar. Anadolu Agentliyi xəbər verir ki, insident nəticəsində 3 təhlükəsizlik işçisi və 1 mülki vətəndaş olmaqla 4 nəfər ölüb, 2 mülki şəxs yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Terrorçuların tutulması üçün bölgədə antiterror əməliyyat başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB