Mixail Saakaşvili müxalifətin xeyrinə siyasi seçim edib. TASS informasiya agentliyi xəbər verir ki, bu fikri Sloveniyada səfərdə olan Ukrayna Prezidenti Pyotr Poroşenko Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefasını şərh edərkən bildirib.
Ukrayna Prezidenti Lyublyanada keçirilən mətbuat konfransında deyib ki, Saakaşvilinin bəyanatı onun Ukrayna müxalifətinin xeyrinə siyasi seçim etdiyini göstərir: "Bu, onun hüququdur. Ümidvaram ki, Ukrayna hökuməti qubernatorun istefasını qəbul edəcək və onun bizim ölkəmizdə siyasi fəaliyyətini davam etdirməsinə icazə verəcək".
Pyotr Poroşenkonun sözlərinə görə, Saakaşvilinin istefası ilə bağlı səsvermə noyabrın 9-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB