Meksikanın sərnişin təyyarəsinə daxil olan ilan qorxu dolu dəqiqələrin yaşanmasına səbəb olub. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, Meksikanın milli aviaşirkəti Aeromexicodan verilən açıqlamada bildirilib ki, ilan Torreondan Meksikaya uçan təyyarənin baqaj hissəsinə daxil olub. Təyyarənin məsul işçiləri tavanının baqaj bölməsində görünən ilanı oradan çıxarıblar. Rəsmi şəxslər qeyd edib ki, ilanın ora necə girdiyi araşdırılacaq bənzər hadisənin yenidən baş verməməsi üçün lazım olan tədbirlər görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB