Daniel Orteqa kreslosunu qorudu

Nikaraquanın hazırkı prezidenti, hakim Sandinist Milli Azadlıq Cəbhəsinin lideri Daniel Orteqa üçüncü müddətə seçilib. Ölkədə keçirilən prezident seçkilərində seçicilərin 72,5%-i D.Orteqaya səs verib. Onun ən yaxın izləyicisi Maksimino Rodriqes 15% səs toplayıb.

İlk dəfə 1985-ci ildə prezident seçilən Orteqa beş il sonra postunu tərk etməli olub, 2006-ci ildə yenidən hakimiyyətə qayıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə