Cümə günü edilən hücumlar nəticəsində həlak olan 33 mülki vətəndaşa görə təəssüflənirik. Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Əfqanıstan üzrə komandanı general Con Nikolson çıxış edib. General Əfqanıstanın özəl qüvvələri ilə ABŞ əsgərlərinin Qunduzda reallaşdırdıqları əməliyyatlar zamanı həlak olanlara görə istintaq işinin aparılacağı barədə söz verib.
Qeyd edək ki, Əfqanıstan rəsmiləri 17-si uşaq olmaqla, 33 vətəndaşın öldürüldüyünü təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB