Gürcüstanın keçmiş prezidenti, sonradan Ukraynanın Odessa vilayətinin qubernatoru olmuş Mixail Saakaşvili vəzifəsindən istefa verdi barədə açıqlama verib. SİA-nın verdiyi məlumata görə, Saakaşvili bunu sosial şəbəkələrdə canlı mətbuat konfransı zamanı bəyan edib.
Saakaşvilinin istefası da səbəbsiz deyil. O, prezident Poroşenkonu Odessada iki klanı dəstəkləməkdə ittiham edib: "Odessa vilayətini Ukraynanın düşmənlərinə təslim edirlər. Bu vəziyyətdə mən istefa vermək qərarına gəldim. Bundan sonra mübarizənin yeni mərhələsinə başlamaq niyyətindəyəm. Elektron bəyannamələr son damla oldu. Bu qudurğan simalar utanmadan bəyan edirlər ki, həm nağd şəkildə milyardları var, həm də dövlət sosial yardım alırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB