İŞİD lideri Mosuldan qaçıb

İraq ordusu İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin Mosuldan qaçdığına dair məlumat yayıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, bir qədər əvvəl hərbçilər Mosul əməliyyatının gedişində iki mindən çox İŞİD yaraqlısının öldürüldüyünü bildiriblər. Kəşfiyyatdakı mənbələr Əbu Bəkr əl-Bağdadinin qaçışı barədə məlumatı təsdiqləyib. İraq Silahlı Qüvvələri mətbuat xidmətinin açıqlamasına görə, Bağdadi aviasiya zərbələrindən yayınmaq üçün 150 ailəni də özü ilə aparıb.

Xatırladaq ki, Mosulun İŞİD yaraqlılarından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyat ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın aviasiya dəstəyi ilə həyata keçirilir. 2014-cü ildən İŞİD-in nəzarətində olan Mosul qruplaşmanın İraqdakı əsas dayaq məntəqəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə