PKK tərəfdarları Adanada bir polisi öldürdülər

PKK tərəfdarları Adanada bir polisi öldürdülər

Türkiyənin Adana şəhərində keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələrinə atəş açılıb, bir polis ölüb. Türkiyənin NTV telekanalı xəbər verir ki, insident Çukurova prospektində qeydə alınıb. Məlumata görə, PKK tərəfdarları polisə "Molotov kokteyli" və daş atıb. Polis aksiyanı dağıtmaq üçün bibər qazı və su sırnaqlarından istifadə edib. İnsident zamanı nümayişçilərin açdığı atəş nəticəsində bir polis əməkdaşı ağır yaralanıb. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə