Cənubi Sudanda naməlum şəxs 11 nəfəri öldürdü, 16 nəfəri yaraladı

Cənubi Sudanda naməlum şəxs 11 nəfəri öldürdü, 16 nəfəri yaraladı

Cənubi Sudanın paytaxtı Cuba şəhərində silahlı insident baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin açdığı atəş nəticəsində 11 nəfər ölüb, 16 nəfər yaralanıb. İnsident futbol klubunda, azarkeşlər İngiltərə premyer-liqasının matçını izləyən zaman qeydə alınıb. Cinayətkar hadisə yerindən qaçıb. Hadisənin motivləri müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə