Qırğızıstanda zəncirvari yol qəzası: 4 nəfər öldü, 14 nəfər yaralandı
Qırğızıstanda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib. APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, insident Bişkek-Oş avtomagistralında tuneldə qeydə alınıb. İlkin məlumata əsəsən, ağır tonnajlı yük maşını tuneldə 4 minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb edilib. Qəzanın səbəbləri barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB