“Anadolu” agentliyi: Səlahəddin Dəmirtaş Ədirnə həbsxanasına aparılıb

“Anadolu” agentliyi: Səlahəddin Dəmirtaş Ədirnə həbsxanasına aparılıb

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş, artıq Ədirnə şəhər həbsxanasına yerləşdirilib. "Anadolu" agentliyinin verdiyi ən son xəbərə görə, terror istintaqı çərçivəsində həbs olunan S.Dəmirtaş İstanbula, sonra helikopterlə Ədirnəyə gətirilib. S.Dəmirtaş həbsxanaya yerləşdirilməsi zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Qeyd edək ki, noyabrın 4-də Türkiyədə terrorla bağlı aparılan istintaq çərçivəsində Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş haqqında həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə