İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının terrorçuları 1600 dinc sakini girov götürüb. "İnterfaks"-ın xəbərində deyilir ki, barədə BMT-nin məlumatında deyilir. İraq ordusu və beynəlxalq koalisiya qüvvələrinin endirdiyi hava zərbələri zamanı terrorçular yerli sakinlərdən "canlı qalxan" kimi istifadə edir. Məlumata görə, şəhərdə kütləvi edam halları davam edir. Noyabrın 3-də Mosulda 180 sabiq dövlət qulluqçusu və 200 dinc sakini edam edilib. Həmçinin terrorçular 9-10 yaşlı uşaq-kamikadzeləri terror aktlarının həyata keçirilməsinə cəlb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB