Əlcəzair ordusu ölkənin şərqində "Əl-Qaidə Maqrib ölkələrində" terror qruplaşmasının liderlərindən birini məhv edib. "Sputnik" agentliyinin verdiyi xəbərə görə, bu barədə Əlcəzair müdafiə nazirliyindən bildirilib. Məlumata əsasən, terrorçuların Əlcəzairdə başçısı sayılan Əbu Harun Cicəl əyalətində daha bir silahlı ilə birgə öldürülüb. Həmçinin əməliyyat zamanı terrorçulara məxsus xeyli sayda silah-sursat ələ keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB