Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda yaralanıb. "Anadolu" agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir. İŞİD-in nəzarəti olduğu ərazilərdən türk hərbçilərinin olduğu bölgə qumbaraatanlardan atəşə tutulub, digər ərazi isə raketlərdən atəşə tutulub. Nəticədə 3 əsgər yaralanıb, onlardan 1-in vəziyyəti ağır kimi qiymətləndirilir.
Bölgədə əməliyyatlar davam edilir. Qeyd edək ki, "Firat qalxanı" adlı əməliyyata avqustun 24-də start verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB