Bu gün Qahirənin Mədinət Nəsr rayonunda güclü partlayış baş verib. Axar.az xəbər verir ki, içərisində gücü trotil ekvivalentində 3 kiloqramdan çox olan partlayıcı qurğu olan avtomobil partladılıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur, amma hadisə yeri yaxınlığındakı maşınlara ziyan dəyib. Daha bir ilkin məlumata görə, bu partlayış Misirin məhkəmə korpusunun nümayəndəsi Əhməd Əbu əl-Futuha qəsd cəhdi olub. Hadisə yerində istintaq tədbirləri görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB