İordaniyada iki amerika hərbçisini öldürdülər

İordaniyada iki amerika hərbçisini öldürdülər

İordaniyada yerləşən hərbi bazada atışma nəticəsində iki amerikalı təlimçi öldürülüb. Petra informasiya agentliyi xəbər verir ki, insident Əl-Cafr yaşayış məntəqəsi yaxınlığında yerləşən hərbi hava bazasında baş verib. ABŞ hərbçiləri hərbi obyektin mühafizəçilərinin dayanmaq tələbinə məhəl qoymayaraq avtomobillə bazanın ərazisinə daxil olmağa cəhd göstəriblər. Bundan sonra tərəflər arasında baş verən atışmada iki amerikalı hərbçi həlak olub, biri isə yaralanıb. Hadisə zamanı, həmçinin iordaniyalı zabit də xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə