ABŞ Avropaya 5 mindən çox hərbçi göndərəcək

ABŞ Avropaya 5 mindən çox hərbçi göndərəcək

ABŞ ordusunun komandanlığı "Atlantic Resolve" əməliyyatına dəstək məqsədi ilə Avropada hərbi birləşmə yerləşdirəcək. "RİA Novosti" agentliyinin verdiyi xəbərə görə, birləşməyə ümumilikdə 5700 hərbçidən ibarət tank briqadası və hərbi aviasiya briqadası daxildir. Hərbi birləşmənin qış aylarında göndəriləcəyi gözlənilir. Bölüklər Almaniya, Polşa və Baltikyanı ölkələrdə yerləşdiriləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə