Liviya sahillərində daha bir dəhşətli hadisə yaşanıb. RaiNews24 telekanalının verdiyi xəbərə görə, miqrantları daşıyan qayıq batıb. Hadisə nəticəsində 12 miqrant boğularaq ölüb. Xilasedici əməliyyat zamanı 29 nəfər xilas edilib. İtkin düşənlərin olduğu bildirilir. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına əsasən, ilin əvvəlindən təxminən 3 min nəfər qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB