Pakistan Hindistandakı səfirliyinin altı əməkdaşını geri çağırıb. Oktyabrın 27-də Hindistan Pakistanın İslamabaddakı səfirliyinin əməkdaşı Mahmud Axtarı casusluqda ittiham edərək onu arzuolunmaz şəxslərin siyahısına salıb. Bir neçə saat sonra Pakistan Hindistanın İslamabaddakı səfirliyinin diplomatı Surcit Sinqxi arzuolunmaz şəxs elan edib. Bu il sentyabrın 29-da Pakistan-Hindistan sərhədində baş vermiş qarşıdurmadan sonra iki ölkə arasındakı münasibətlər daha da gərginləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB