Gürcüstanın Oni şəhəri yaxınlığında, Raça-Leçxumi və Kvemo Svaneti regionunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə İlya Dövlət Universitetinin Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Episentr Oni şəhərindən 4 km şərqdə yerləşən Psori kəndi ərazisinə təsadüf edib və 10 km dərində olub. Dağıntı və tələfat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB