Türkiyənin Prezidenti Ərdoğanın Alman şoumeni Yan Byomermana qaldırığı iddia bu gündən başlayır. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan Byomermanın təhqiredici şeirinin ləğv edilməsi üçün Hamburq məhkəməsində şikayətçi olub. Şoumen keçən il mart ayında proqramda şeiri ilə Ərdoğanı təhqir edib. Hamburq Məhkəməsində başlanan iddianın bu gün bağlanması gözlənilmir. Belə ki, hakim Byomermanın şeirində mətbuat və sənət azadlığı sərhədini aşıb-aşmadığına qərar verəcək.
Qeyd edək ki, Ərdoğanın Byomerman haqqında tələbi üzrə, Federal Hökumətin icazəsi ilə Mainz Prokurorluğunda başlanılan cinayət araşdırması nəticəsiz qalmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB