Braziliyada mağara uçdu, azı 10 nəfər öldü

Braziliyada mağara uçdu, azı 10 nəfər öldü

Braziliyada daha bir faciəli hadisə baş verib. "Assoşieyted Press" agentliyinin xəərində deyilir ki, dini mərasimlər üçün istifadə edilən mağaranın uçması nəticəsində azı 10 nəfər ölüb, 4 nəfər isə ağır xəsarət alıb. Faciə Santa-Mariya-du-Tokantins şəhəri yaxınlığında baş verib. Xəbərə görə, faciə baş verdiyi an mağarada 50-dək dindar olub. Məlumata görə, ölənlərin meyitləri və xəsarət alan şəxslər artıq dağıntılar altından çıxarılıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə