Hindistanın paytaxtı Dehlidə ötən gün təşkil olunan "İşıq festivalı"ndan sonra şəhərdə ciddi fəsadlar əmələ gəlib. Festival zamanı istifadə olunan priotexniki vasitələr paytaxtda qatı tüstü təbəqəsi əmələ gətirib. Paytaxt səmasında zərərli qazların dərəcəsinin 10 dəfə artdığı bildirilir. Bir neçə nəfərin nəfəs sistemində problemlər yaranıb.
Qeyd edək ki, hinduların ən önəmli bayramlarından biri olan "İşıq bayramı" xeyirin şər üzərində qələbəsini tərənnüm edir. Bəzi hindular isə festival zamanı priotexniki vasitələri havaya uçurmaqla varlı olduğunu göstərməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB