Soçidə helikopter evin həyətinə düşdü: 1 nəfər öldü, 5 nəfər xəsarət aldı

Soçidə helikopter evin həyətinə düşdü: 1 nəfər öldü, 5 nəfər xəsarət aldı

Noyabrın 1-də Rusiyanın Soçi şəhərində helikopterin evin həyətinə düşməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Rusiyanın "Yeltsovka" aviaşirkətinə məxsus helikopterin qəzaya uğramasına texniki nasazlığın səbəb olduğu deyilir. Rusiya Hava Nəqliyyatı Federal Agentliyindən bildiriblər ki, hazırda helikopterin pilotunun qanunsuz ekskursiya uçuşu həyata keçirməsi faktı yoxlanılır.

Qeyd edək ki, Rusiyada ümumi təyinatlı aviasiya texnikasının kommersiya uçuşları həyata keçirməsi qadağandır.

Bütün xəbərlər Facebook səhifəmizdə