"Qırmızı xətti keçərlərsə, Türkiyə lazımi addımı atacaq." Axar.az xəbər verir ki. bunu Türkiyə Müdafiə naziri Fikri İşıq zirehli texnikaların İraq sərhədinə yeridilməsinə münasibət bildirərkən deyib. "İraq hökuməti ilə dialoqumuz davam edir. Bizim də qırmızı xəttimiz var. Mosulun demoqrafik vəziyyətinin dəyişilməsi bizim üçün keçilməz xəttdir. Bu mövzularla bağlı İraq və koalisiya qüvvələri ilə danışıqlar aparılır. Eyni zamanda Türkiyə lazımi hazırlıqları görür. Terror təhdidinə əsla imkan verməyəcəyik", - nazir bildirib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Ankara və Çankırıda olan tankları İraq sərhədinə göndərməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB