Sevgilisi ilə görüşməyin cəzası ağır oldu FOTO

Sevgilisi ilə görüşməyin cəzası ağır oldu FOTO

İndoneziyanın şəriətlə idarə olunan vilayəti Açedən, yenə də şallaqla edam görüntüləri yayılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, adı açıqlanmayan müsəlman qadın kişi dostu ilə yaxın münasibətdə olduğu üçün cəzası qamçılanmaq olub. Ağrı içində qıvranan 20 yaşlı gənc qadına 23 dəfə qamçı vurublar. Paytaxt Bandanın Açe əyalətində baş verən hadisədə 2 vəzifəli icarçı qadın, gənc qızı xalqın önünə gətirərək meydanda şallaqlayıblar.

Bu əyalətdə evlilik öncəsi yalnız fiziki yaxınlıq deyil, hətta qadınların qarşı cinsdən olan insanlarla təkbətək vaxt keçirməsi də qəti qadağandır. Əks təqdirdə həmin əməlin cəzası şallaqdır.

Qeyd edək ki, mart ayında Nur Elite adlı qadına da bu cəza tətbiq olunub. Həmin hadisədə qadın ağrıdan huşunu itirib və aldığı yaralardan xəstəxanaya catdırlıb.

Bütün xəbərlər Facebook səhifəmizdə