Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş rəsmi Anaranın Suriya ilə bağlı mövqeyinə aydınlıq gətirib. O bildirib ki, ya Menbiç PYD-dən tamamilə təmizlənəcək, ya da Menbiçin azad edilməsi üçün Azad Suriya Ordusuna (ASO) lazımi dəstək veriləcək.
"Türkiyə sərhədlərinin qorunması üçün Suriyada "Fərat qalxanı" əməliyatı başlatmışıq. Planlaşdırılan kimi davam edir. Ankara hədəflərini müəyyələşdirərək təhlükəsiz bölgənin yaradılması üçün ilkin addımlar atır. Əlaqədar dövlətlərlə diplomatik danışıqlar aparılır. ASO-ya logistik dəstək verilir", - Qurtulmuş bildirib. Türkiyə rəsmisi onu da əlavə edib ki, Haşdi Şabi qruplaşmasının Mosula girməsinin qarşısı alınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB