Braziliyanın cənubunda ağır yol qəzası baş verib. "AP" agentliyinin verdiyi xəbərə görə, insident Parana ştatının Kafezal-du-Sul bələdiyyəsində qeydə alınıb. Sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 20 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Toqquşmadan sonra hər iki maşın yanıb.
Qəzanın səbəbləri müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB