İsraildə fələstinli sürücü avtomobillə qəsdən 3 İsrail hərbçisini vuraraq yaralayıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident İordan çayının Qərb sahilində, Beyt-Umar yaşayış məntəqəsində qeydə alınıb. Cavab atəşi ilə fələstinli öldürülüb. Onun şəxsiyyəti barədə məlumat verilmir. Yaralı hərbçilər xəstəxanaya göndərilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB