Misirdə daşqınlar nəticəsində ölənlərin sayı 22 nəfərə çatdı

Misirdə daşqınlar nəticəsində ölənlərin sayı 22 nəfərə çatdı

Misirdə yağan güclü yağış və baş verən daşqınlar nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. "İnterfaks" agentliyinin verdiyi xəbərə görə, təbii fəlakət zamanı 72 nəfər xəsarət alıb. Daşqınlar ən çox Sohaq şəhəri və Sinay yarımadasının cənubuna zərər vurub. Misir hökuməti daşqınlardan əziyyət çəkənlərə 5,6 milyon dollar ayıracağını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə