Ərəb ölkələri koalisiyasının Yəmənin qərb şəhəri Hüdeydə endirdiyi hava bombardmanları nəticəsində ölənlərin sayı 60-a çatıb. "Report"un məlumatına görə, bu barədə "France Presse" yerli həkimlərə istinadən xəbər yayıb. "Ölənlərin ümumi sayı 60 nəfərdir. Onlarla insan yaralanıb" – deyə yerli səhiyyə orqanının nümayəndəsi bildirib.
Qeyd edək ki, bundan əvvəl bombardmanlar nəticəsində 45 nəfərin öldürüldüyü bildirilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB