Hələbdə 15 dinc sakin öldürülüb

Hələbdə 15 dinc sakin öldürülüb

Suriyanın Hələb şəhərinin yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində 15 dinc sakin həlak olub, 150-dən çox insan yaralanıb. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, yalnız ötən gün şəhərə 100-dən çox mərmi atılıb.

Zərbələr Hələbin səkkiz rayonuna düşüb. Yaraqlılar qaz balonlarından, minalardan, əl bombalarından istifadə ediblər.

Həkimlər Hələbin mərkəzi qospitalının yaralılarla dolu oluduğunu, reanimasiya şöbəsində yer olmadığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə