ABŞ, Çili və Rusiya eyni anda silkələndi ZƏLZƏLƏ

ABŞ, Çili və Rusiya eyni anda silkələndi ZƏLZƏLƏ

ABŞ-da zəlzələ baş verib. "İnterfax" xəbər verir ki, 5,7 ballıq yeraltı təkanlar Berinq dənizində, Alyaska ştatının Aleut adasında qeydə alınıb.

Geofizika Xiodmətinin Altay-Sayan filialının məlumatına görə, zəlzələnin episentri adanın şərqindəki Fols-Pass qəsəbəsinin 60 kilometr şimal-qərbində yerləşib. Zəlzələ güclü qiymətləndirilir.

Dağıntı və tələfat barəsində məlumat verilmir.

Çili sahillərində isə 5,9 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 20:32-də qeydə alınıb. Zəlzələnin episentri San-Antonio şəhərindən 87 kilometr cənub-qərbdə, zəlzələ ocağı 14,8 kilometr dərinlikdə olub.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Oxot dənizində, Saxalin vilayətində 5 bal gücündə zəlzələ olub. "İnterfax" agentliyi Rusiyanın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb ki, yeraltı təkanlar İturup adasından 85 kilometr cənub-qərdbdə, 120 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ yaşayış məntəqələrində hiss edilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə