Əfqanıstanın Qor əyalətində naməlum silahlılar 36 dinc sakini qətlə yetirib. Bu barədə məlumatı "Sinxua" agentliyi yayıb. Əyalətin qubernatoru Məhəməməd Nəsir Həzah agentliyə məlumat verib ki, silahlılar təhlükəsizlik qüvvələri ilə toqquşmadan sonra geri çəkilərək 36 dinc sakini girov götürüb, sonra isə güllələyib. Hücumun İŞİD-ə yaxın qruplaşma tərəfindən törədildiyi ehtimal edilir.
BMT-nin məlumatına əsasən, bu ilin yanvar ayından oktyabradək Əfqanıstanda müxtəlif silahlı insidentlər zamanı 2 560 mülki şəxs öldürülüb, 5830-u yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB