Olland açıqladı: "Biz terrorçuları hər yerdən silməliyik”

Olland açıqladı: "Biz terrorçuları hər yerdən silməliyik”

Fransa Prezidenti Fransua Olland koalisiya ölkələrinin müdafiə nazirlərinin toplantısında çıxışı zamanı bildirib ki, Mosul şəhərinin azad edilməsindən sonrakı durumun planlaşdırılması lazımdır:

"Mosulun azad edilməsi ilə iş bitmir. Mosul İŞİD-dən alındıqdan sonra planlaşdırılma həyata keçirməliyik. Əməliyyatların bitməsindən sonra şəhərdə humanitar və təhlükəsizlik məsələlərini nəzərə almalıyıq. Mosulun gələcəyi ilə bağlı şəhərdəki bütün etnik azlıqlar söz sahibi olmalıdır. Əgər Mosul alınarsa, İŞİD-in əlində son qalası sayılan Rakka qalacaq. Biz terrorçuları hər yerdən silməliyik", - Olland bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə