Mövlud Çavuşoğlu Estoniyaya səfər edəcək

Mövlud Çavuşoğlu Estoniyaya səfər edəcək

Oktyabrın 27-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Estoniyaya səfər edəcək. Estoniya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, türkiyəli qonaq Tallində xarici işlər naziri Yurgen Liqi və baş nazir Taavi Rıyvasla görüşəcək. Görüşlərin əsas müzakirə mövzusu Estoniya-Türkiyə münasibətləri, Avropada təhlükəsizlik sahəsində vəziyyət, Suriyada baş verən miqrasiya böhranı olacaq.

Səfər çərçivəsində Mövlud Çavuşoğlu, həmçinin qeyri-müəyyənlik dövründə Türkiyənin xarici siyasəti mövzusunda mühazirə oxuyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə