Hans Christian Strache: "O Avropanın ən təhlükəli siyasətçisidir"

Hans Christian Strache: "O Avropanın ən təhlükəli siyasətçisidir"

Avstriyanın qatı sağçı Azadlıqlar Partiyasının sədri Hans Christian Strache Avropada miqrant axınının səbəbkarı Almaniya kansleri Angela Merkeli "Avropanın ən təhlükəli siyasətçisi" adlandırıb. SİA-nın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Strache silahdaşları qarşısında çıxışı zamanı Avropaya yönələn miqrant axınının ən böyük günahkarının Merkel olduğunu iddia edib.

Strache Merkeli nəzərdə tutaraq: "O, Avropanın ən təhlükəli siyasətçisidir. Tolerantlıq siyasəti ilə bütün qapıları dünyagörüşü Avropaya uyğun gəlməyən, İslamçılara, kasıb ərəblərə və qumarbazlara açdı. Bu, cəmiyyətimizin təməllərini sarsıtdı", deyə qeyd edib.

Mövcud vəziyyəti "fəlakət" kimi xarakterizə edən Strache miqrantların Avropada vətəndaş müharibəsi törədəcəklərini də iddia edib.

Bütün xəbərlər Facebook səhifəmizdə