Çinin Fugu şəhərində baş verən partlayışda 7 nəfər həyatını itirib, 95 nəfər isə yaralanıb. SİA-nın verdiyi məlumata görə, partlayışdan sonra binanın bir hissəsi tamamilə uçub. Uçqun altında çoxlu sayda insanın ola biləcəyi ehtimalı var.
Xəbər verilir ki, yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb və orada müalicə olunur. Partlayışın səbəbləri araşdırılır.
Rəsmilərdən heç kim partlayışın səbəbləri barədə açıqlama vermək istəməsə də, yerli media bunun kimyəvi və ya sənaye mənşəli bir partlama olması ehtimalından yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB