Bu gün səhər saat 08:50-də Antalya Ticarət və Sənaye Evinin Çevreyolundakı binası qarşısında güclü partlayış törədilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partlayışın baş verdiyi maşının kimlər və hansı səbəbdən partlatdığı barədə hələlik heç bir məlumat yoxdur. Antalya Valiliyi də bu barədə bir şərh verə bilməyəcəyini bəyan edib: "Hər şey araşdırmadan sonra bəlli olacaq".
Hələlik 10 nəfərin şüşə qırıntılarından yaralandığı barədə xəbər verilir.
Partlayışın olduğu yerə yaxın binalar və maşınlar ziyan çəkib. Hadisə yerində bir maşının tamamilə partladığı məlum olub. Partlayış səsi şəhərin mərkəzində də eşidilib. Hadisədə terror izinin olub-olmadığı araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB