ABŞ Konqresində şok təklif: Əsədi öldürək!

ABŞ Konqresində şok təklif: Əsədi öldürək!

ABŞ Konqresində Xarici Əlaqələr Şurasının təşkil etdiyi mətbuata bağlı yığıncağında söz alan konqresmenlərdən biri Suriya böhranına son qoymağın yeganə yolunu açıqlayıb. SİA-nın ABŞ qaynaqlarına istinadən verdiyi məlumata görə, adı gizli saxlanılan konqresmen təklif edib ki, Suriya böhranı yalnız Əsəd öldürüləndən sonra çözülə bilər.

Ağ Evin Yaxın Şərq üzrə koordinatoru Philip Gordon isə bu təklifə qarşı çıxaraq, "Öldürsən də bir şey dəyişməz", deyib.

Mənbənin bildirdiyinə görə, Gordon təklifi rədd edib. Bunun qanuna zidd olduğunu və bir fərq yaratmayacağını deyib: "Çünki Rusiya və İranın Suriyadakı maraqları aktuallığını qoruyacaq".

ABŞ Nümayəndələr Palatasındakı bir mənbə isə, "Əsəd hər hansı bir səbəblə ölsə və ya öldürülsə belə, böhranın özündə köklü bir dəyişiklik baş verməyəcək" fikirini dilə gətirib.

Qeyd edək ki, ABŞ Konqresindəki yığıncaq keçən həftə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə