Pakistanın Kvetta şəhərində bir qrup silahlı şəxs tərəfindən polis kollecinə edilən hücum nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb. Bu barədə SİA Daily Pakistan qəzetinə istinadən xəbər verir.
Əldə etdiyimiz məlumata görə, Akademiyanın New Sariab Polis Təhsil Mərkəzinə girən 3 silahlı müdavimlərin yatdığı yataqxanaya girərək orada özlərini partladıblar. Silahlıların girov götürdüyü 200 müdavim isə xüsusi təqinatlı polis qüvvələrinin əməliyyatı nəticəsində azad ediliblər.
Pakistan polis qaynaqlarından əldə edilən məlumata görə, hücum edənlərdən ikisi öldürülüb. Şahidlərin dediyinə görə, hadisə yerində ən az üç partlayış olub, silah səsləri saatlarla eşidilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB