Supergüclər arasında kiber müharibə başladı

Supergüclər arasında kiber müharibə başladı

ABŞ-dan olan bir xaker Rusiya Xarici İşlər Nazirliyinin saytını ələ keçirib. Xarici mətbuatın verdiyi məlumata görə, Cester ləqəbli kiber-cinayətkar bu barədə özü məlumat verib. Onun hansı məlumatları ələ keçirdiyi bilinmir. Rusiyanın Xarici İşlər Nazirliyi əvvəl xəbəri təkzib etsə də, sonradan XİN sözçüsü Mariya Zaxarova köhnə saytın kiber hücuma məruz qaldığını təsdiqləyib və saytın fəaliyyətinin çökmədiyini diqqətə çatdırıb. Xanım diplomat hücumu ABŞ-dakı seçkilərdə istədiyini əldə edə bilməyən amerikalıların aqressivləşməsi ilə əlaqələndirib.

Qeyd edək ki, son vaxtlar Amerikalı rəsmilər rusiyalı xakerlərin Kremlin göstərişi ilə ABŞ-a qarşı kiber-hücumlar təşkil etdiyini irəli sürürdü. Hətta vitse-prezident Co Bayden bu hücumlara cavab verməli olduqlarını da gizlətməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə